ain.az, Azpolitika.az saytına istinadən bildirir.
Şimali Koreya lideri Kim Çen In Qərb mədəniyyətini təbliğ edən bəzi sözlərin istifadəsini qadağan edib.
Yeni qərara görə artıq “hamburger”, “dondurma” və “karaoke” kimi ingilis mənşəli sözlər ölkədə işlədilə bilməz. Bundan sonra "Hamburger" üçün “dajin-gogi gyeopppang” (ət ilə ikiqat çörək), "dondurma" üçün “eseukimo” (eskimo), "karaoke" üçün “ekran müşayiət maşınları” ifadələri işlədilməlidir.
Məlumata görə, bu qaydadya riayət etməyən vətəndaşlara qarşı açıq edam da daxil olmaqla sərt cəzalar tətbiq edilməyə başlanılıb.
Birləşmiş Millətlər Təşkilatının yeni hesabatına görə, son on ildə Koreya Xalq Demokratik Respublikasında basqılar artıb. Xarici mediaya baxmağa çalışan vətəndaşlara ictimai edamlar da daxil olmaqla sərt cəzalar tətbiq olunur.
"AzPolitika.info"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.