AZ

CHP nin qurultay işi üzrə məhkəmə təxirə salındı Yekun qərar oktyabrda veriləcək

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

CHP-də keçirilən 38-ci qurultay və 21-ci fövqəladə qurultayın ləğvi ilə bağlı məhkəmə prosesi davam edir. Ankara 42-ci Asliye Mülki Məhkəməsində bu gün baş tutan 4-cü iclasda qərar elan olunmadı və proses 24 oktyabra təxirə salındı.

Xatırladaq ki, keçmiş Hatay Böyükşəhər Bələdiyyə Başçısı, CHP üzvü Lütfü Savaş və bir qrup  nümayəndə, həm 2023-cü ilin noyabrında keçirilən 38-ci qurultayın, həm də bu ilin aprelində keçirilmiş 21-ci fövqəladə qurultayın “yox hökmündə” elan edilməsi və ləğvi tələbi ilə məhkəməyə müraciət etmişdi.

Məhkəmə prosesində tərəflərin təqdim etdiyi hüquqi rəylər və elmi mülahizələr araşdırılıb. İstanbul və Bilgi universitetlərindən hüquq professorlarının təqdim etdiyi rəydə, mülki məhkəmələrin siyasi partiyaların qurultaylarında keçirilən seçkilərlə bağlı qərar verməsinin konstitusiyaya zidd olduğu, bu səbəbdən “səlahiyyətsizlik qərarı” çıxarılmasının zəruri olduğu bildirilib.

Davacılar tərəfinin vəkili Onur Yusuf Üregen isə çıxışında qurultayda ciddi qanun pozuntularına yol verildiyini, prosesin “ictimai asayişə zidd və təşkilatlanmış cinayət fəaliyyəti” xarakteri daşıdığını iddia edib. Onun sözlərinə görə, bu səbəbdən qurultayın nəticələri etibarsız sayılmalıdır.

CHP-nin indiki rəhbərliyi isə  bütün iddiaları rədd edır. .

Məhkəmə mübahisəli sənədlərin tam araşdırılması üçün iclası 24 oktyabra təxirə salıb.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
azpolitika.info

1Mənbələr