AZ

Lukaşenkonun azad etdiyi müxalifətçi həbsxanaya qayıtdı Səbəbi açıqlandı

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Sentyabrın 11-də azadlığa buraxılan belaruslu siyasətçi Nikolay Statkeviç Minsk və Vaşinqton arasında razılaşmalar çərçivəsində Belarusu tərk etməkdən imtina etdikdən sonra yenidən həbsxanaya qaytarılıb.

“AzPolitika” xəbər verir ki, bu barədə müxalif “Naşa Niva” nəşri məlumat yayıb.

Sentyabrın 11-də 69 yaşlı Statkeviç Litva sərhədindən deportasiya olunmaq üçün avtobusda koloniyadan çıxarılıb. Lakin neytral zonada ölkəni tərk etmək fikrində olmadığını bildirərək qapını sındıran müxalifətçi bayıra çıxıb. Litva sərhədçilərinin sözlərinə görə, o, Belarus ərazisinə qayıdıb. Lakin bütün bu müddət ərzində onun dəqiq harada olduğu naməlum olaraq qalıb. İndi isə məlum olur ki, onu koloniyaya qaytarıblar.

Statkeviç hələ 2020-ci ilin mayında, prezident seçkiləri və kütləvi etirazlar başlamazdan əvvəl həbs edilib. 2021-ci ilin dekabrında o, kütləvi iğtişaşların təşkilində ittiham edilərək 14 il müddətinə azadlıqdan məhrum edilib.

Keçmiş hərbçi və Belarus Sosial Demokrat Partiyasının (Narodnaya Xromada) lideri olan Statkeviç 2010-cu ildə keçirilən prezident seçkilərində də iştirak edib və dekabrın 19-da keçirilən etiraz aksiyasında iştirak etdiyinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. 2015-ci ildə azadlığa çıxıb, lakin siyasi fəaliyyətini davam etdirib.

Statkeviç də daxil olmaqla 52 siyasi məhbusun azadlığa buraxılması Minsk və Vaşinqton arasında razılaşmaların tərkib hissəsi idi. Aleksandr Lukaşenko ilə ABŞ Prezidentinin nümayəndəsi Con Koul arasında danışıqlardan sonra məlum olub ki, ABŞ Belavia Hava Yollarına qarşı sanksiyaları ləğv edib. Lukaşenko Donald Trampa "sülhməramlı səylərinə" görə təşəkkür edib və ABŞ ilə "qlobal razılaşmaya" hazır olduğunu bildirib.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
1
azpolitika.info

2Mənbələr