AZ

Avstraliya sualtı qayıqların yenilənməsi üçün 8 milyard dollar sərmayə qoyacaq

Avstraliya hakimiyyət orqanları Qərbi Avstraliyanın Perta yaxınlığındakı Henderson gəmiqayırma kompleksini təkmilləşdirmək və genişləndirmək üçün 8 milyard dollar sərmayə elan edib.

Herbiand.az bildirir ki, müdafiə infrastrukturunun inkişafı proqramı ölkəni yaxın onillikdə çoxməqsədli nüvə sualtı qayıqlarının yaranmasına hazırlamalıdır.

Hendersonda gəmiqayırma kompleksinin inkişafına qoyulan investisiyalar təkcə gələcək nüvə sualtı qayıqlarının istehsalını dəstəkləmək məqsədi daşımır. Zavodda həmçinin, yeni desant gəmiləri və freqatların tikilməsi də planlaşdırılır.

İlkin hesablamalara görə, bu planların həyata keçirilməsi 10 minə yaxın iş yerinin yaradılması və dəstəklənməsini nəzərdə tutur. Növbəti 10 il ərzində Avstraliya hakimiyyəti dəniz sistemlərinin alınmasına və gəmiqayırmanın inkişafına təxminən 159 milyard ABŞ dolları xərcləmək niyyətindədir. Bu cür irimiqyaslı investisiyalar Kanberranı aparıcı dəniz güclərinə yaxınlaşdıracaq.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
17
herbiand.az

1Mənbələr