Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Türkiyə Radio və Televiziya Şurası "Doğa" və "Firaz" obrazları arasında yaranan eşq macərası səbəbi ilə "Kızılcık şerbeti" serialı barəsində araşdırma başladıb.
Axşam.az-ın məlumatına görə, ekran işinin yayım şirkəti həm layihənin yeni bölümü barəsində səsləndirilən tənqidlərə, həm də rəsmi qurumun başlatdığı araşdırmaya münasibət bildirib:
"Təəssüf ki, Türkiyə Radio və Televiziya Şurası ictimaiyyətin reaksiyaları və şikayətləri əsasında yayımladığımız “Kızılcık Şerbeti” serialı barəsində araşdırma başladıb.
Əvvəla, açıq və birmənalı şəkildə bildirmək istərdik ki, son üç mövsümdə olduğu kimi, ekran işində bu dəfə də ailə institutuna və türk cəmiyyətinin qədim dəyərlərinə qarşı heç bir hücum, nifrət, aşağılama halları olmayıb. Teleseriallarda çox vaxt qeyri-adi əhvalatlar və təcrübələr əks olunur. Buna görə də, təsvir olunan hekayələr və təcrübələr həddindən artıq şişirdilə bilər. Ancaq bunu edərkən biz Türkiyə cəmiyyətinin dəyərlərinə, xüsusən də ailə institutuna olan həssaslığı hər zaman nəzərə alırıq.
"Gold Production Inc." ailəsi olaraq ailə institutuna və türk cəmiyyətinin qədim adət-ənənələrinə və dəyərlərinə dərin hörmətimizi vurğulamaq istərdik. Ailə institutuna və Türkiyə cəmiyyətinin dəyərlərinə ciddilik və həssaslıqla yanaşacağımızı, mənfi tənqidləri aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyimizi bildiririk".
Qeyd edək ki, serialda Doğa obrazını aktrisa Sıla Türkoğlu, Firazı isə Batuhan Bozkurt Yüzgüleç canlandırır. Onların ekran işində evli olduqları şəxslər isə bacı-qardaşı canlandırır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.