AZ

Rusiya səfiri dron hücumlarına görə Britaniya XİN-ə çağırılıb

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi (XİN) Polşa və Rumıniyada pilotsuz uçuş aparatı (PUA) insidentləri ilə əlaqədar Rusiyanın səfiri Andrey Kelini çağırıb.

“İki sahil” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Britaniya XİN-in bəyanatında deyilir.

"NATO üzrə müttəfiqlərimizlə birlikdə biz şərq cinahında müdafiəmizi gücləndiririk. PUA-ların aşkarlanması və məhv edilməsi vasitələri də daxil olmaqla ən yeni texnologiyalardan istifadə edirik", - məlumatda qeyd olunub.

Seçilən
13
ikisahil.az

1Mənbələr