AZ

Nəqliyyat və anbar təsərrüfatına yatırımlar 20%-dən çox azalıb

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitalayönəldilmiş investisiyalardan nəqliyyat və anbar təsərrüfatına 2,6milyard manat sərf olunub.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövründəkigöstərici ilə müqayisədə 20,3% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında ölkəniniqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyəmənbələrindən əsas kapitala 11,374 milyard manat və ya 2024-cü ilinmüvafiq dövrü ilə müqayisədə 0,2 faiz az investisiya yönəldilib.Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 16,6 faizazalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmiisə 8 faiz artıb. Ümumi sərmayənin 5,800 milyard manatı və ya 51faizi məhsul istehsalı sahələrinin, 3,820 milyard manatı (33,6faizi) xidmət sahələrinin, 1,754 milyard manatı (15,4 faizi) isəyaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 52,3faizi dövlət, 47,7 faizi qeyridövlət sektorunun sərmayədarlarıtərəfindən qoyulub. Sərmayə qoyuluşunun 79 faizi tikinti-quraşdırmaişlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmişinvestisiyanın dəyəri ümumi sərmayənin 77 faizini təşkil edib.

Məqalədə:
Seçilən
70
1
az.trend.az

2Mənbələr