ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Türkiyədə itkin düşən azərbaycanlı Hüseyn Qasımovun cəsədi aşkarlanıb. 32 yaşlı gəncin meyiti Nevşehirin Avanos rayonundakı qayalıq ərazidə tapılıb.
Oxu.Az xəbər verir ki, məlumat "Kirsehir Cigdem" portalına istinadla yayılıb.
Bildirilir ki, Dereyamanlı bölgəsində gəzən bir şəxs qayalıqlarda cəsəd görərək dərhal polisə məlumat verib. Hadisə yerinə gələn polis əməkdaşlarının araşdırmaları nəticəsində ölən şəxsin 10 gün əvvəl itkin düşdüyü bildirilən Hüseyn Qasımov olduğunu müəyyən edilib.
İlkin araşdırmalardan sonra mərhumun nəşi ölüm səbəbini müəyyənləşdirilməsi üçün Nevşehir Dövlət Xəstəxanasının morquna göndərilib.
Qeyd olunur ki, Qasımov təxminən 10 ildir Avanosdakı keramika emalatxanasında işləyirdi. Sentyabrın 2-də işə gəlməməsi səbəbindən iş yoldaşları polisə müraciət edərək onun itkin düşdüyünü bildiriblər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.