Bakı, 15 sentyabr. TELEQRAF
“Bu il 2 gün ərzində Formula 1 üçün 31 min insan qeydiyyatdan keçib. Amma onlardan 16 min nəfəri müsahibədən keçib. Ümumilikdə isə 2 min nəfər könüllü fəaliyyət göstərəcək ki, bu da rekord göstərici hesab olunur”.
Teleqraf xəbər verir ki, bu sözləri Bakı Şəhər Halqasının İnsan resursları üzrə baş meneceri Lamiyə Şəhmmədova Formula 1-ə hazırlıq barədə danışarkən deyib.
“Sentyabrın 3-dən etibarən forma və ajrefitasiya mərkəzimiz fəaliyyət göstərir. 140-dan çox könüllü fəaliyyət göstərir” - deyə, qurum rəsmisi qeyd edib.
Qeyd edək ki, Formula 1 qran prisi 19-21 sentyabr tarixlərində baş tutacaq.