AZ

Şotokan karate üslubu üzrə ölkə çempionatı keçirilib - FOTO

Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Karate Federasiyasının təşkilatçılığı və rəhbərliyi ilə, federasiyanın nəzdində fəaliyyət göstərən şotokan karate üslubu üzrə XXXIII ölkə çempionatı keçirilib.

İdman.biz xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində təşkil edilən yarışda Bakı, Sumqayıt, Naxçıvan Muxtar Respublikası, Gəncə, Şirvan, Qazax, Şəki, Ucar, Lənkəran, Salyan və digər regionlardan 400-ə qədər idmançı gücünü sınayıb.

Respublikanın müxtəlif bölgələrindən 30-a yaxın klub çempionatda iştirak edib.

Tədbirdə Azərbaycan Karate Federasiyasının idarə heyətinin üzvü, şotokan karate üslubu üzrə rəhbər Elçin Mehdizadə, Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi Vüsal Abdullazadə, idman ictimaiyyətinin tanınmış nümayəndələri, məşqçilər, hakimlər, idmançılar və idman azarkeşləri iştirak ediblər.

Komanda hesabında “Qaraqaplan” İdman Klubu birinci, “Arpaçay” Karate Klubu ikinci, FHN - “Budokan” İdman Klubu isə üçüncü yerə layiq görülüb.

İdman.biz

Seçilən
9
2
idman.biz

4Mənbələr