AZ

Netanyahu gələcəkdə də HAMAS üzvlərini xarici ölkələrdə hədəfə almağı istisna etməyib

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin gələcəkdə də HAMAS üzvlərini xarici ölkələrdə neytrallaşdırmaq planını istisna etməyib.

APA xəbər verir ki, Netanyahu ABŞ-ın dövlət katibi Marko Rubio ilə birgə mətbuat konfransında “regionda digər xarici suveren ölkələrdə HAMAS üzvlərinə əlavə zərbə endirməyi istisna edirsiniz?” sualına belə cavab verib.

“Bir neçə onillik əvvəl Münhen qətliamı baş verib. Bu qətliamda Fələstin Azadlıq Təşkilatının terrorçuları israilli idmançıları qətlə yetirib. O zamankı, Baş nazirimiz Qolda Meir terrorçuların izinə düşüb onları bir-bir ələ keçirmək tapşırığı verdi. Və biz bunu etdik. Bu demokratik bir ölkənin etdiyi bir şeydir. Demokratik ölkənin onun vətəndaşlarını təhdid edən terrorçuları hədəfə almaq qabiliyyəti olur. Bu bizim yaratdığımız və izlədiyimiz prinsipdir və bu prinsip dəyişməz olaraq qalır”,- Netanyahu vurğulayıb.

Seçilən
48
1
apa.az

2Mənbələr