4-5 oktyabr 2025-ci il tarixində Gülüstan sarayında “SMEX” (“Signature Moments Experience”) və “Facemark” şirkətlərinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə "Occupational Aesthetic Congress" keçiriləcək.
Operativ Media xəbər verir ki, “Səthdən Dərinə” konsepti ilə baş tutacaq estetik tibb və gözəllik sənayesinin ən nüfuzlu beynəlxalq tədbirlərindən biri olan "Occupational Aesthetic Congress" (OAC) sektorda yeni trendləri, innovativ yanaşmaları və qlobal əməkdaşlıq imkanlarını təqdim etmək üçün iştirakçılarını bir araya gətirəcək.
4 oktyabrda keçiriləcək konqresin açılışında fəxri prezident Dr. Ali Şahan “Estetik Tibb sahəsində Vizyon” mövzusunda çıxış edəcək. Ardınca medikal estetik həkim Dr. Ahmet Atalıkın moderatorluğu ilə Prof. Dr. Selçuk Tunalı “Peşəkar Anatomiya Təlimi” mövzusunda təqdimat edəcək.
Konqres çərçivəsində həmçinin dermatoloq Dr. Ferial Fanianın moderatorluğu ilə Dr. Ali Şahan və Prof. Dr. Selçuk Tunalı tərəfindən “Bütün üz nahiyəsinə canlı inyeksiya ilə eyni vaxtda təzə kadavrda anatomiya quruluşunun nümayişi” icra olunacaq.
Konqresdə medikal estetik həkimlər Dr. Servet Karayün və Dr. Sezer Duru tərəfindən “Canlı Rus dodaq dolğusu tətbiqi (2 pasiyent üzərində)” təqdim ediləcək. Sessiyanın moderatoru Dr. Ali Şahan olacaq.
Medikal estetik həkim Dr. Nejat Can “İp ilə Üzün Dartılması” mövzusunda təqdimatla çıxış edəcək. Sessiyanın moderatoru Dr. Ahmet Atalık olacaq.
Dr. Ali Şahan və Op. Dr. Orhan Alanın moderatorluğu ilə Dr. Sezer Duru, Dr. Servet Karayün 2 pasiyent üzərində burun dolğusunu həyata keçirəcəklər.
5 oktyabr tarixində konqres proqramı “Kadavra üzərində Üz Anatomiyasında Təhlükəli Bölgələrin Diseksiyası” mövzusu ilə davam edəcək. Mövzunu Prof. Dr. Selçuk Tunalı təqdim edəcək, sessiyanın moderatoru isə Dr. Ahmet Atalık olacaq.
Eyni gün DERMAKOR-un qlobal təlimçisi Dr. Samet Şibani “Maye Üz Gərmə və Biostimulyasiya” mövzusunda çıxış edəcək. Sessiyanın moderatoru dermatoloq Prof. Dr. Hakan Erbil olacaq.
Konqres çərçivəsində Dr. Ali Şahan “Süni İntellektlə Planlama və Tam Üz Dolğusu Tətbiqi” mövzusunda çıxış edəcək. Sessiyanın moderatoru Dr. Valerie Philippon olacaq.
Konqresdə Dr. Emre Kaynak və Dr. Erol Ozan tərəfindən “Canlı pasiyentdə rus üsulu dodaq dolğusu” təqdim ediləcək. Sessiyanın moderatoru Prof. Dr. Hakan Erbil olacaq.
Həmçinin Dr. Emre Kaynak və Dr. Erol Ozan “Canlı pasiyentdə burun dolğusu” mövzusunda tətbiq göstərəcəklər. Sessiyanın moderatoru yenə Prof. Dr. Hakan Erbil olacaq.
“Occupational Aesthetic Congress” estetik tibb sahəsində ən son yeniliklərin, qabaqcıl texnologiyaların və praktik tətbiqlərin paylaşılacağı unikal bir platforma olacaq. Beynəlxalq spikerlərin iştirakı ilə keçiriləcək bu tədbir həm nəzəri biliklərin, həm də canlı tətbiqlərin bir arada təqdim olunması ilə iştirakçılara dəyərli təcrübə qazandıracaq.
Qeyd edək ki, Tədbirin fəxri qonaqları arasında tanınmış türk tarixçisi və akademik İlber Ortaylı və məşhur hipnotist Korzay Koçak yer alacaq.
Tədbirlə bağlı ətraflı məlumat, proqram və iştirak şərtləri ilə tanış olmaq üçün rəsmi vebsayta və sosial media hesablarımıza daxil ola bilərsiniz:
Websayt: https://occupationalaestheticcongress.com/
Instagram: https://www.instagram.com/oacongress
Facebook: https://www.facebook.com/profile.php?id=61578622316683
LinkedIn: https://www.linkedin.com/company/occupational-aesthetic-congress/about/?viewAsMember=true