Simferopol yaxınlığındakı Klyuçi kəndi yaxınlığında açıq ərazidə quru bitki örtüyündə yanğın baş verib.
Doğru.az-ın Rusiya Fövqəladə Hallar Nazirliyinin Krım üzrə Baş İdarəsinə istinadən verdiyi məlumata görə, yanğın sahəsi təxminən 50 hektardır.
Yanğının söndürülməsi üçün RSXS-dən ümumilikdə 44 nəfər və 18 texnika, o cümlədən Rusiya Fövqəladə Hallar Nazirliyinin 27 nəfəri və 8 texnikası cəlb olunub.
Bundan əvvəl yanğınsöndürənlər Krımın Orconikidze kəndi yaxınlığında baş verən böyük yanğını lokallaşdırıblar.
DOĞRU.AZ