Azərbaycanın demoqrafik vəziyyətində yaranan problemlər artıq təhsildə də özünü göstərir.
Tribunainfo.az xəbər verir ki, bu barədə təhsil üzrə ekspert Elçin Əfəndiyev sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirib.
O qeyd edib ki, boşanmalar, oğlan uşağı istəkləri, tək övladla kifayətlənmək meyli ölkənin demoqrafik durumuna mənfi təsir göstərir.
Əfəndiyev açıqlamasında son 7 tədris ilində I sinfə gedən uşaqların sayındakı dəyişiklikləri təqdim edib:
2019–2020-ci tədris ili – 159 min 644 uşaq
2020–2021-ci tədris ili – 165 min 511 uşaq
2021–2022-ci tədris ili – 153 min 312 uşaq
2022–2023-cü tədris ili – 151 min 560 uşaq
2023–2024-cü tədris ili – 137 min 862 uşaq
2024–2025-ci tədris ili – 132 min 261 uşaq
2025–2026-cı tədris ili – 130 min uşaq
Onun sözlərinə görə, bu göstəricilər əhalinin təbii artımında ciddi geriləmədən xəbər verir:
“Fikrimcə, aidiyyəti qurumlar məsələni diqqətə almalıdır”.
Gülşən Rəsul