AZ

Ukrayna Donetskdə daha bir qəsəbəni azad edib - Rusiya əks-hücumun qarşısını ala bilmir

Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Dobropilya istiqamətində daha bir yaşayış məntəqəsini Rusiya işğalından azad edib.

Musavat.com
RBC-Ukrayna-ya istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri və Milli Qvardiyanın bölmələrinin koordinasiyalı tədbirləri nəticəsində Pankovka qəsəbəsi və ona bitişik ərazilər düşməndən təmizlənib.

“Azov” Milli Qvardiya Qrupunun yaydığı məlumata görə, Rusiya Ukraynanın əks-hücumunun qarşısını almaq üşün  əraziyə dörd piyada briqadası və bir dəniz alayı göndərsə də, buna nail ola bilməyib: “Ukrayna Müdafiə Qüvvələri düşmənin irəliləyişinin qarşısını almaq və müdafiənin sıçrayışının qarşısını almaq üçün hər cür səy göstərir”.

Qeyd edək ki, Pankovkanın işğal olunmasına dair məlumatı Rusiya Müdafiə Nazirliyi avqustun 20-də yayıb.

Musavat.com

 

 

Seçilən
27
48
musavat.com

10Mənbələr