
Argentinalı futbolçu Lionel Messinin kartı “Fanatics Collect” onlayn hərracında 1,5 milyon dollara satılaraq rekorda imza atıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb.
Məlumata görə, bu, hücumçunun sabiq klubu “Barselona”da debüt etdiyi 2004/2005 mövsümündə hazırlanmış ilk rəsmi kartıdır.
Telekanalın qeyd etdiyi kimi, əvvəlki rekord braziliyalı futbolçu Pelenin kartına aid olub.
Belə ki, onun “Alifabolaget” kartı 2022-ci ildə 1,33 milyon dollara satılıb.
Qeyd edək ki, Argentina millisinin tərkibində Messi 2022 Dünya Kubokunu, Amerika Kubokunu (2021, 2024), Finalissima (2022) və Olimpiya Oyunlarını (2008) qazanıb.
Forvard millinin bombardiri və oyunlarının sayına görə rekordçusudur.
Futbolçu dünya çempionatlarında oynadığı oyunların sayına görə də rekorda sahibdir.