AZ

“Fərqliliyin rəngi” festivalı təxirə salınıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qusarda 17 sentyabr tarixində keçirilməsi nəzərdə tutulan “Fərqliliyin rəngi” festivalı hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar təxirə salınıb.

Qeyd edək ki, açıq havada keçirilməsi planlaşdırılan festival çərçivəsində dini qurumların fəaliyyətini, dini ənənə və dəyərlərini əks etdirən fotostendlərin, ədəbiyyat nümunələri və əl işlərinin nümayişi, həmçinin dini konfessiyaların musiqi və rəqs qruplarının çıxışları nəzərdə tutulur.

Festivalın yeni tarixi barədə əlavə məlumat veriləcəkdir.

Seçilən
19
1
operativmedia.az

2Mənbələr