AZ

Xocalı qatili Ohanyan Paşinyana qarşı danışmağa başladı - Təhlükəsizliyin zəmanəti ola bilməz...

"Erməni ictimaiyyəti başa düşə bilmir ki, sülhə doğru necə irəliləmək olar".

Olaylar.az xəbər verir ki, bunu "Ermənistan" blokunun parlament fraksiyasının rəhbəri, Xocalı canisi Seyran Ohanyan deyib.

Erməni siyasətçi Paşinyan iqtidarının "Ermənistan və Azərbaycan arasında bağlanacaq sülh təhlükəsizliyə zəmanət olacaq" tezisi ilə razılaşmadığını vurğulayıb.

"Sülh təhlükəsizliyin zəmanəti ola bilməz. O, milli və beynəlxalq təminatlardan qaynaqlanan milli təhlükəsizlik strategiyasının əsas məsələsi olmalıdır. Milli təminatlara ordu və daxili asayiş qüvvələri daxildir, beynəlxalq təminatlar isə dövlətin xarici siyasəti ilə bağlıdır", - deyə Ohanyan bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
28
2
olaylar.az

10Mənbələr