Formula-1-in Bakı mərhələsinin əsas favoritləri sırasında “Mclaren” pilotları göstərilir.
İdman.biz xəbər verir ki, bukmekerlərin proqnozuna əsasən, yarışın əsas favoritinin 2.75 əmsalla “Mclaren” sürücüsü Oskar Piastri olduğu bildirilib.
Onun komanda yoldaşı Lando Norris isə 2.85 əmsalla ikinci yerdə qərarlaşıb.
İtaliya Qran-Prisinin qalibi Maks Ferstappen 4.00 əmsalla üçüncü pillədədir. “Ferrari” pilotlarından Şarl Leklerin şansı 8.00 əmsalla qiymətləndirilir. “Mercedes” sürücüsü Lüis Hemilton isə 17.00 əmsalla favoritlərin ilk beşliyini tamamlayır.
Fərdi hesabda Lando Norris Monzadakı mərhələdən sonra Piastri ilə xal fərqini 3-ə endirsə də, avstraliyalının üstünlüyü hələ də böyükdür - mövsümün sonuna 8 yarış qalmasına baxmayaraq 31 xal. Məhz buna görə də bukmekerlər hələ də Piastrini əsas titul namizədi hesab edirlər.
Qeyd edək ki, ötən il Bakıda keçirilən yarışı Oskar Piastri qazanmışdı. Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də baş tutacaq.
İdman.biz