AZ

Müştərinin 27 min manatlıq istehlak krediti "PAŞA Həyat Sığorta" tərəfindən ödənildi

Bakı. Trend:

“PAŞA Həyat Sığorta” ASC “kredit həyat sığortası” üzrə növbətiböyük həcmli sığorta ödənişini həyata keçirdi.

Ölkədə fəaliyyət göstərən kommersiya banklarının birindən kreditgötürmüş şəxs bədbəxt hadisə nəticəsində vəfat etmişdir.

İstehlak krediti götürmüş şəxsin vəfat etməsi nəticəsindəmüştərinin 27 853 manat qalıq borc məbləği “PAŞA Həyat Sığorta” ASCtərəfindən aidiyyəti üzrə ödənilib.

Qeyd edək ki, istehlak və ipoteka növü üzrə kredit götürənşəxslərin həyatları sığortalandığı halda, şəxs vəfat etdikdə və yaəmək qabiliyyətini itirdikdə (əllillik) banka olan kredit borcusığorta şirkəti tərəfindən ödənilir.

Bu sığorta növü kredit götürənin ailə və yaxınlarını banka olankredit borcuna görə məsuliyyət daşımaqdan azad edir.

Seçilən
24
8
az.trend.az

9Mənbələr