AZ

Qara dəniz Ticarət və İnkişaf Bankı Azərbaycandakı tərəfdaşlarının siyahısını genişləndirmək üçün əlavə qurumlarla danışıqlar aparır - Serhat Köksal

Qara dəniz Ticarət və İnkişaf Bankı (BTSDB-ing.) Azərbaycandakı tərəfdaşlarının siyahısını genişləndirmək üçün əlavə qurumlarla danışıqlar aparır.

Day.Az xəbər verir ki, bunu Trend-ə verdiyi özəl müsahibədə BTSDB prezidenti Serhat Köksal Bakı səfəri çərçivəsində bildirib.

"Biz mövcud əməkdaşlığı gücləndirmək və iqtisadiyyatın şaxələndirilməsi, inkişafına imkan verəcək yeni layihələr üçün zəmin hazırlamaq istəyirik. Artıq "Rabitabank" və "TuranBank" ilə aktiv proqramlarımız mövcuddur və biz Azərbaycan bankları ilə ticarət, maliyyələşdirmə və KOS-un dəstəklənməsi üzrə yeni kredit xətləri hazırlayırıq. Məmnuniyyətlə bildirirəm ki, cari səfərim çərçivəsində iki yeni kredit sazişi imzaladıq: "AzerTurk Bank" ilə 8,5 milyon manat, Bank Respublika ilə 25 milyon manat məbləğində. Azərbaycan KOS-larının maliyyələşdirilməsi üçün bu mexanizmlər şirkətlərə sürətli çıxış, məşğulluğun dəstəklənməsi və şaxələndirmənin təmin olunmasında sınaqdan çıxmış üsuldur",-deyə BTSDB prezidenti aydınlaşdırıb.

O, bankın hazırda "Rabitabank" və "TuranBank" ilə əməkdaşlıq etdiyini, yaxın zamanda isə tərəfdaşlarının sayını "AzerTurk Bank" və "Bank Respublik"a hesabına genişləndirdiyini diqqətə çatdırıb.

"Biz tərəfdaş siyahısının daha da genişləndirilməsinə açığıq. Yanaşmamız sadədir: bizim maliyyə dayanıqlılığı, uyğunluq və idarəetmə standartlarımıza cavab verən istənilən bank tərəfdaşımız ola bilər. Əlavə qurumlarla danışıqlar aparılmaqdadır",- deyə Köksal əlavə edib.

Seçilən
18
2
day.az

3Mənbələr