AZ

MDU-da Bilik Günü təntənəli şəkildə qeyd olunub

2025-ci ilin 15 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) yeni tədris ilinin başlanmasına həsr olunmuş Bilik Günü tədbiri keçirilib.

AzEdu.az xəbər verir ki, universitetin həyətində keçirilən tədbirdə Milli Məclisin deputatı Aydın Mirzəzadə, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mərkəzi Aran Gənclər və İdman İdarəsinin, Mingəçevir şəhər Təhsil Sektorunun, Mingəçevir Bələdiyyəsinin rəhbərliyi, şəhid ailələrinin nümayəndələri, MDU-nun İctimai Nəzarət Şurasının üzvləri, akademik və inzibati heyət, tələbələr, magistrantlar, onların valideynləri və digər qonaqlar iştirak ediblər.


Öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq onun əziz xatirəsi ehtiramla yad edilib. Tədbir 2025/2026-cı tədris ilində ən yüksək balla MDU-ya qəbul olunmuş tələbələrin müşayiəti ilə Dövlət bayrağının meydana gətirilməsi ilə başlayıb. Ardınca Ümimmilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərindən orkestr və Mingəçevir Dövlət Universitetinin xor kollektivinin ifasında səsləndirilib.

Daha sonra universitetin bayrağı ən yüksək nəticə göstərmiş tələbələrin iştirakı ilə universitetin həyətinə gətirilib.Bu il ilk dəfə olaraq Mingəçevir Dövlət Universitetinin Himni də tədbirdə
səsləndirilib. Himn orkestr və xor kollektivinin ifasında böyük coşqu ilə səsləndirilib.
Himn MDU-nun universitet statusu almasının 10 illik yubileyinə həsr olunub.
Tədbiri MDU-nun rektoru Anar Eminov çıxış nitqi ilə açıq elan edib. Rektor ilk
olaraq iştirakçıları salamlayaraq Bilik Günü münasibətilə hər kəsi ürəkdən təbrik
edib. O, Ulu Öndər Heydər Əliyevin elm və təhsilə verdiyi dəyəri xatırladaraq, bu
ənənənin Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini, ölkə
rəhbərinin gənclərə və ali təhsilin inkişafına göstərdiyi xüsusi qayğını vurğulayıb.
Rektor diqqətə çatdırıb ki, 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli”
elan olunub. Bu münasibətlə MDU-da da vətənpərvərlik, dövlətçilik və milli dəyərlərin
təbliği istiqamətində mütəmadi olaraq müxtəlif tədbirlərin keçirildiyini bildirib. O,
həmçinin qeyd edib ki, bu tədris ili xalqımız üçün xüsusi tarixi əhəmiyyət daşıyır –
çünki Vətən Müharibəsində qazanılmış şanlı Zəfərin 5 illiyi tamam olur. A.Eminov
vurğulayıb ki, bu Zəfər Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olmaqla
gənc nəslin üzərinə daha böyük məsuliyyət qoyur.
Universitetin inkişafından danışan rektor bildirib ki, 2025/2026-cı tədris ilində
MDU-ya rekord sayda tələbə qəbul olunub. Onun sözlərinə görə, bakalavriat
səviyyəsi üzrə 1420 nəfər, magistratura səviyyəsi üzrə 166 nəfər, əlavə təhsil üzrə
isə 102 nəfər olmaqla ümumilikdə 1688 nəfər universitetin ailəsinə qoşulub. Qəbul
imtahanlarında yüksək nəticə göstərən 20 tələbəyə isə universitetin Elmi Şurasının
qərarı ilə birdəfəlik təqaüd ayrılıb.
A.Eminov universitetdə son aylarda həyata keçirilən yeniliklərdən də bəhs edib.
O, təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin genişləndirilməsi, tələbələrin

praktiki bilik və bacarıqlarının artırılması istiqamətində görülən işlər barədə məlumat
verib. Rektor qeyd edib ki, yaradılan yeni institutlar, beynəlxalq əməkdaşlıqlar və
müxtəlif layihələr tələbələr üçün daha geniş imkanlar açacaq və universitetin ölkənin
aparıcı ali təhsil müəssisələrindən birinə çevrilməsinə xidmət edəcək.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxışında şəhərin
ictimai-mədəni həyatında universitetin xüsusi rolunu qeyd edib. O, tələbələri elm və
bilik yolunda əzmli olmağa çağıraraq, onların uğurlarının ölkənin inkişafına töhfə
verəcəyini bildirib. Başçı həmçinin universitetdə həyata keçirilən yenilikləri yüksək
qiymətləndirib və tədris ilində bütün kollektivə uğurlar arzulayıb.
Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxışında gənclərin ölkənin gələcəyi
üçün əhəmiyyətindən danışıb. O, təhsil alan gənclərin vətənpərvərlik ruhunda
yetişdirilməsini mühüm amil kimi qeyd edib və tələbələrə dövlətin hər zaman onların
yanında olduğunu xatırladıb. Deputat tələbələri bilik və bacarıqlarını artırmağa, elm
və texnologiyalarda nailiyyətlər qazanmağa çağırıb.
Tədbirdə şəhid Kənan Abdullayevin anası Azadə Abdullayeva çıxış edərək
şəhidlərin əziz xatirəsinin daim uca tutulduğunu və gənclərin onların yolunu şərəflə
davam etdirəcəyini vurğulayıb. Çıxışı tədbir iştirakçıları tərəfindən alqışlarla
qarşılanıb.
Daha sonra MDU-ya ən yüksək balla, yəni 638.8 balla qəbul olunmuş tələbə
Şəbnəm Şirinova səhnəyə dəvət olunaraq MDU-nun tələbə andını səsləndirib. Onun
çıxışı universitet ailəsinə yeni qoşulan gənclərin böyük həvəslə qarşılandığını
göstərib.
Tədbirin ən önəmli məqamlarından biri qəbul imtahanlarında yüksək nəticə
göstərmiş tələbələrin mükafatlandırılması olub. 2025/2026-cı tədris ilində MDU-ya
500-dən yuxarı bal toplayaraq qəbul olunmuş tələbələr universitetin Elmi Şurasının
qərarı ilə mükafatla təltif olunublar. Cari tədris ilində MDU-ya qəbulu olunmuş ən
yüksək ballı tələbə 638.8 toplamışdır.
Tədbirin sonunda valideynlərin və yeni qəbul olunmuş tələbələrin çıxışları
dinlənilib, xoş arzular səsləndirilib.
Tədbir bədii hissə ilə davam edib. Bədii hissədə Şəki şəhər 4 nömrəli Uşaq
Musiqi Məktəbinin vokal müəllimi Fərqanə Qasımova “Çırpınırdı Qara dəniz”
mahnısını ifa edib və tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.
MDU-da böyük təntənə ilə qeyd edilən “Bilik Günü” tədbir iştirakçıları tərəfindən
maraqla qarşılanıb.

Seçilən
16
38
azedu.az

10Mənbələr