Sentyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında hava buludlu, arabir tutulacaq. Əsasən səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz ediləcək. Havanın temperaturu gecə 16-19°, gündüz 20-24° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Dağlıq və dağətəyi ərazilərdə qısamüddətli leysan, hətta dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-18°, gündüz 19-24°, dağlarda gecə 2-7°, gündüz 7-12° isti olacaq.