AZ

“Cavanlıqda canımın qədrini bilmədim...” – Şeyx Əbdül əməliyyat olundu

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov səhhətindəki problemlərə görə, növbəti dəfə əməliyyat olunduğunu bildirib. 

O, Adalet.az-ın əməkdaşı ilə söhbəti zamanı bunları deyib. Şeyx Əbdül Hazırda ev şəraitində müalicələrinin davam etdiyini bildirib:

“Vəziyyətim indi yaxşıdı, əməliyyatdan sonra evdə müalicə olunuram. Bir sözlə, qocalıqla mübarizə aparıram. Cavanlıqda canımın qədrini bilmədim, indi də əziyyətini çəkirəm. Həmişə çəkilişlərdə, məclislərdə oldum, özümü gözləmədim, soyuq-isti nədi bilmədim. İndi dönüb geriyə baxanda görürsən ki, nələr yaşamısan. Bununla yanaşı, yaş da öz sözünü deyir. Ona görə siz cavanlar canınızın qədrini bilin ki, sonra mənim ki, peşman olmayasınız”. 

Vasif ƏLİHÜSEYN

Seçilən
56
1
adalet.az

2Mənbələr