Bakı. Trend:
Nəsimi rayonunda talama cinayətləri qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlərNazirliyi məlumat yayıb.
Bildirilib ki, naməlum şəxslər paytaxt sakininə qarşısoyğunçuluq edərək pul vəsaitini, rayon ərazisində yerləşənköşklərin birindən isə mənimsəmə yolu ilə 12160 manatı ələkeçiriblər.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunanəməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38yaşlı M.Mehdiyeva, 22 yaşlı N.Rüstəmov və 20 yaşlı Ə.Məmmədovsaxlanılıblar.
Nəsimi rayonunda keçirilən digər tədbirlər zamanı isə vətəndaşınbank kartından 600 manat, eləcə də marketlərin birindən 450 manatdəyərində lotoreya biletləri oğurlamaqda şübhəli bilinən 36 yaşlıE.Pirməmmədov da saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.