AZ

Rusiya müharibəni uduzur – Kelloq

Rusiya müharibəni uduzur.

Heftelik.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq deyib.

“Tramp məndən Rusiyanın müharibəni udub-udmadığını soruşdu. Mən ona Rusiyanın müharibəni udmadığını dedim. Putin qalib gəlsəydi, Kiyevdə olardı. Dneprin qərb hissəsində, Odessada olardı və Ukrayna hökumətini də dəyişdirərdi. Rusiya müharibəni uduzur”,- Kelloq iddia edib.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi nüvə silahları barədə də danışıb.

“Bu mənim Soyuq Müharibə dövründə tanıdığım Rusiya, Sovet İttifaqı deyil. Bu fərqli bir Rusiyadır. Onlar böyük danışırlar, amma mən Putinin yerində olsaydım narahat olardım. Putin bəzən nüvə silahlarından istifadə ilə hədə-qorxu gəlir. ABŞ, Böyük Britaniya və Fransanın da nüvə silahları var. Biz bu barədə Oval Ofisdə müzakirə aparmışıq. Onlar Rusiya ordusunun gücü barədə danışırdılar. Mən dedim ki, biz ruslara qalib gələrik. Rusiya ordusu Putinin dediyi qədər güclü deyil. Buna görə də Ukrayna ordusu təqdir edilməlidir. Düşünürəm ki, Rusiya ordusundan heç kim qorxmamalıdır. Düşünmürəm ki, onların Berlinə və ya başqa bir yerə yürüş etmək potensialı var”,- Kelloq qeyd edib.

Seçilən
37
6
heftelik.az

7Mənbələr