AZ

Bəzi Aİ ölkələri rusiyalı turistlərin ölkəyə girişini qadağan edəcək

Bəzi Avropa ölkələri Rusiyaya qarşı 19-cu sanksiyalar paketi müzakirə edilərkən rusiyalı turistlərin ölkəyə girişinə tam qadağa qoyulmasını təklif edirlər.

Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, qadağanın tətbiqi üçün Aİ-yə üzv dövlətlərin əksəriyyətinin səsi tələb olunacaq.

"Biz Şengen vizası olan rus diplomatlarının da Aİ-də hərəkətinin məhdudlaşdırılmasını müzakirə edirik”,-  Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas deyib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
12
missiya.az

1Mənbələr