AZ

SOCAR:1 ton neftin istehsal maya dəyəri 17 manat da artaraq 160 manatı keçib

SOCAR ölkənin iri şirkətlərindən biri olmaqla neft, qaz, neft-qaz məhsulları və neft-kimya məhsullarının istehsalını və satışını həyata keçirir  Neft məhsullarının istehsalına çəkilən xərclərin tərkibində xam neftin hasilatına çəkilən xərclərin xüsusi çəkisini nəzərə alaraq, SOCAR-ın neft-qazçıxarma idarələri üzrə neftin və təbii qazın maya dəyərinin təhlili aparılmışdır. 2024-cü ildə 1 ton neftin istehsal maya dəyəri 160,51 manat (cari məzənnə ilə 94,4 dollar) təşkil etmiş və keçən ilin müvafiq dövrü ilə müqayisədə 16,91 manat və ya 11,8% artmışdır.

Marja.az xəbər verir ki, bu, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2024-cü ilin hesabatına istinada bildirilir.

Qeyd edilib ki, şirkət üzrə neft in hasilatı na çəkilən cəmi istehsal xərclərinin tərkibində material xərclərinin xüsusi çəkisi 3,1%, yanacaq xərcləri 0,3%, elektrik enerjisi xərcləri 0,8%, əmək haqqı xərcləri 15,7%, sosial sığortaya ayırmalar 3,5%, əsas vəsaitlərin amorti zasiyası 20,4%, əsas vəsaitlərin təmiri və texniki xidmət xərcləri 13,8%, nəqliyyat xərcləri 12,1%, mühafi zə xərcləri 2,5%, mədən vergisi 6,3%, digər vergilər 4,6%, digər xidmətlər üzrə xərclər 13,1%, digər xərclər isə 3,9% təşkil edir 

Seçilən
28
7
marja.az

10Mənbələr