Demokrat.az xəbər verir ki, paytaxtın bu istiqamətlərində nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı son işlərin vəziyyəti və stansiyaların istifadəyə verilmə tarixi maraq doğurur.
Bu məqsədlə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) müraciət etdik. Qurumun Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na əsasən, növbəti 5 ildə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə bir sıra istiqamətlərdə xətlərin təkmilləşdirilməsi nəzərdə tutulub:
"Dövlət Proqramına əasən, 2026−2028-ci illərdə Bakıxanov−Binə−Qala xəttinin bərpası, 2026−2027-ci illərdə Yeni Suraxanı−Hövsan xəttinin bərpası, 2028−2030-cu illərdə isə Zabrat−Maştağa−Bağlar xəttinin bərpası, eləcə də bu xətlər üzrə yeni dayanacaqların istismara buraxılması nəzərdə tutulub.
Eyni zamanda, 2027−2029-cu illərdə Güzdək−Qaradağ xətti bərpa olunacaq. Yük qatarları hazırda əsasən Bakı–Biləcəri–Xırdalan–Sumqayıt istiqaməti üzrə hərəkət edir. Güzdək−Qaradağ xəttinin bərpasından sonra yüklərin bir hissəsinin Abşeron dairəvi dəmiryol marşrutundan yan keçməsi və beləliklə, Bakı–Xırdalan–Sumqayıt xətti üzrə sərnişin qatarlarının buraxıcılığının artırılması mümkün olacaq.
9Mənbələr
-
banker.azBakı kəndlərinə sürət qatarının bərpa olunacağı tarixlər açıqlanıb ( 21376726)
-
moderator.azBakı kəndlərinə sürət qatarı ilə getmək istəyənlər üçün – ŞAD XƏBƏR ( 21360235)
-
demokrat.azBakı kəndlərinə sürət qatarı ilə getmək istəyənlər üçün — ŞAD XƏBƏR ( 21359074)
-
publika.azBakı kəndlərinə sürət qatarı ilə getmək istəyənlər üçün ( 21357361)
-
avtosfer.azBakı kəndlərinə sürət qatarı ilə getmək istəyənlər üçün ŞAD XƏBƏR ( 21355795)
-
far.azBakı kəndlərinə sürət qatarı ilə getmək istəyənlər üçün ŞAD XƏBƏR ( 21355147)
-
konkret.azBakı kəndlərinə sürət qatarı ilə getmək istəyənlər üçün ŞAD XƏBƏR ( 21353959)
-
yenisabah.azBakı kəndlərinə sürət qatarı ilə getmək istəyənlər üçün ŞAD XƏBƏR ( 21353197)
-
baku.wsBakı kəndlərinə sürət qatarı ilə getmək istəyənlər üçün ŞAD XƏBƏR ( 21352981)