AZ

Qara dəniz Ticarət və İnkişaf Bankı Azərbaycandakı tərəfdaşlarının siyahısını genişləndirmək üçün əlavə qurumlarla danışıqlar aparır - Serhat Köksal

Bakı. Trend:

Qara dəniz Ticarət və İnkişaf Bankı (BTSDB-ing.) Azərbaycandakıtərəfdaşlarının siyahısını genişləndirmək üçün əlavə qurumlarladanışıqlar aparır.

Bunu Trend-əverdiyi özəl müsahibədə BTSDB prezidenti Serhat Köksal Bakı səfəriçərçivəsində bildirib.

“Biz mövcud əməkdaşlığı gücləndirmək və iqtisadiyyatınşaxələndirilməsi, inkişafına imkan verəcək yeni layihələr üçünzəmin hazırlamaq istəyirik. Artıq “Rabitabank” və “TuranBank” iləaktiv proqramlarımız mövcuddur və biz Azərbaycan bankları iləticarət, maliyyələşdirmə və KOS-un dəstəklənməsi üzrə yeni kreditxətləri hazırlayırıq. Məmnuniyyətlə bildirirəm ki, cari səfərimçərçivəsində iki yeni kredit sazişi imzaladıq: “AzerTurk Bank” ilə8,5 milyon manat, Bank Respublika ilə 25 milyon manat məbləğində.Azərbaycan KOS-larının maliyyələşdirilməsi üçün bu mexanizmlərşirkətlərə sürətli çıxış, məşğulluğun dəstəklənməsi vəşaxələndirmənin təmin olunmasında sınaqdan çıxmış üsuldur”,-deyəBTSDB prezidenti aydınlaşdırıb.

O, bankın hazırda “Rabitabank” və “TuranBank” ilə əməkdaşlıqetdiyini, yaxın zamanda isə tərəfdaşlarının sayını “AzerTurk Bank”və “Bank Respublik”a hesabına genişləndirdiyini diqqətəçatdırıb.

“Biz tərəfdaş siyahısının daha da genişləndirilməsinə açığıq.Yanaşmamız sadədir: bizim maliyyə dayanıqlılığı, uyğunluq vəidarəetmə standartlarımıza cavab verən istənilən bank tərəfdaşımızola bilər. Əlavə qurumlarla danışıqlar aparılmaqdadır”,- deyəKöksal əlavə edib.

Seçilən
30
2
az.trend.az

3Mənbələr