2024-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid zavodunda 652.3 min ton karbamid istehsal edilib.
Banker.az bunu SOCAR-ın illik hesabatına istinadən xəbər verir.
Bu, əvvəlki illə müqayisədə 198.8 min ton və ya 43.8% çoxdur. İstehsal göstəriciləri həm də proqnozu 18.6% üstələyib.
İstehsal olunmuş karbamid məhsulunun 633.1 min tonu satışa yönəldilib ki, bu da ötən illə müqayisədə 166.1 min ton və ya 35.6% artım deməkdir. Satış həcmi proqnozu 15.1% üstələyib.
Daxili bazarda 63.3 min ton karbamid satılıb. Bu, əvvəlki illə müqayisədə 38.0 min ton və ya 37.5% azdır və proqnozdan da 57.8% geri qalıb. Əksinə, ixrac satışları 569.8 min tona çataraq ötən illə müqayisədə 204.1 min ton və ya 55.8% artım nümayiş etdirib. İxrac üzrə faktiki nəticə proqnoz göstəricisini 42.5% üstələyib.
Əsas ixrac istiqamətləri Rumıniya, Türkiyə, Ukrayna, Braziliya, İspaniya, İtaliya və Bolqarıstan olub.
Hesabat dövründə zavodun fəaliyyətində istifadə olunan təbii qaz xammalının həcmi 412.9 mln kubmetr təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 58.9 mln kubmetr və ya 16.6% çoxdur, proqnozla müqayisədə isə 7.3% artım qeydə alınıb.