AZ

“Bu, sülh prosesini pozmaq istəyən terror təşkilatlarının fəaliyyətidir”

“Dünən Xankəndinin erməni əsilli sakini, 1967-ci il təvəllüdlü Karen Avanesyanın əvvəlcədən gizlətdiyi "Kalaşnikov" avtomatını və ona aid patronla dolu 4 sandıqcanı,  eləcə də 5 ədəd qumbaranı götürüb şəhərdə keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılan zaman 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərməsi fikrimcə, bütövlükdə Azərbaycan və Ermənistan arasında sülh prosesini pozmaq istəyən qüvvələrin və terror təşkilatlarının fəaliyyətinin tərkib hissələrindən biridir”.

Adalet.az xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı deyib. 

“Normallaşma prosesini "baltalamaqdan" ötrü  Ermənistanda və xarici ölkələrdə onun əleyhinə olan dairələrin bundan sonra da ən radikal addımlara - müxtəlif dövlət və ictimai obyektlərə, dövlət, siyasi və ictimai xadimlərə qarşı terror, sui-qəsd və b. qanlı əməllərə  əl atacaqları şübhə doğurmur. Azərbaycan polisi çevik hərəkəti mümkün qanlı hadisənin qarşısını aldı. Yaralanan polisimizə şəfa deiləyirik”, - deyə millət vəkili bildirib. 

Vasif ƏLİHÜSEYN

Seçilən
9
1
adalet.az

2Mənbələr