AZ

Sos kəndində ilin sonunadək daha 75 ev istismara hazır olacaq

Xocavənd rayonunun Sos kəndində ilin sonunadək daha 75 ev istismara hazır olacaq...

"Report"un Xocavəndə ezam edilmiş əməkdaşı xəbər verir ki, bu barədə Prezidentin izi ilə Sos kəndinə təşkil olunan mediaturda bildirilib.

Qeyd olunub ki, Sos kəndi 2023-cü ildə ölkə Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı zamanı azad edilib.

İndiyədək kənddə mövcud elektrik və qaz xətləri, subartezian quyuları bərpa olunub, 2 transformator quraşdırılıb, sayğaclaşma prosesinə başlanılıb, 3 su anbarı təmir edilib, təqribən 5 kilometr uzunluğunda təbii qaz xətti çəkilib.

Bundan başqa, Sos kəndində 259 mövcud fərdi evdən 70-nin yararsız, 189-nun isə qismən yararlı olduğu açıqlanıb. Hazırda kənddə 10 ev istismara hazırdır. Bildirilib ki, ilin sonunadək daha 75 ev istismara hazır olacaq. 2026-cı ildə isə 104 evin bərpası nəzərdə tutulur.

İndiyədək kəndə 46 nəfərdən ibarət 10 ailə qayıdıb.

Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Sos kəndində olub.

Poliqon.info

Seçilən
36
9
poliqon.info

10Mənbələr