AZ

Füzuli kənd məktəbində şagird sayı 61 faiz artıb

Bu il Füzuli rayonu Qarabağ kənd tam orta məktəbində 145 şagird təhsil alacaq.

AzEdu.az xəbər verir ki, 120 yerlik məktəbdə şagird sayının artımı 2020-ci illə müqayisədə 61 faiz təşkil edir. Cari tədris ilində isə I sinfə 18 şagird qəbul olunub.

2024-2025-ci tədris ilində məktəbi bitirən bütün məzunlar ali və orta ixtisas məktəblərinə qəbul olunublar. Bundan əlavə, 2 şagird Beynəlxalq PİXİDOKU məntiq olimpiadasında, 2 şagird isə Bakı Mühəndislik Universitetinin məntiq olimpiadasında gümüş və bürünc medallara layiq görülüb.

Məktəbdə həmçinin Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə 8-ci və 9-cu qrant müsabiqələrinin qalibi olan 3 layihə icra edilib.

Qarabağ kənd tam orta məktəbi beynəlxalq əməkdaşlığa da önəm verir. Hazırda məktəb Amerika Birləşmiş Ştatları, Estoniya və Şotlandiyada fəaliyyət göstərən təhsil qurumları ilə əməkdaşlıq edir.

Seçilən
34
azedu.az

1Mənbələr