AZ

De Blekere Hacıyevə FİFA referilərindən çox güvənib - Qurbanov hamıdan "səxavətli"dir

Misli Premyer Liqasında 4 tur geridə qalıb. Keçirilən 23 oyunda ("Sabah" - "Qarabağ" görüşü təxirə salınıb) 12 baş hakim iş başında olub. 

Fanat.Az-ın hesablamasına görə, Fərid Hacıyev hamıdan çox - 3 oyuna təyinat alıb. 

Doqquz hakimin (Əliyar Ağayev, Kamal Umudlu, Elçin Məsiyev, Rəvan Həmzəzadə, Cavid Cəlilov, Rauf Cabarov, Rəşad Əhmədov, Tural Qurbanov, İnqilab Məmmədov)  hər birinə 2 təyinat verilib. Kamranbəy Rəhimov ilə Əli Əliyev isə cəmi 1 dəfə iş başında olublar.

Dörd turda hakimlər 76 sarı və 2 qırmızı, ümumilikdə 78 vərəqədən istifadə ediblər. Bu da hər oyuna orta hesabla 3,3 vərəqə deməkdir. Hamıdan çox Tural Qurbanov cibinə əl atıb. O, 2 oyunda 11-i sarı, 1-i qırmızı olmaqla, 12 vərəqə göstərib.

Fərid Hacıyev - 3 oyun

meydan sahibi   6 sarı  0 qırmızı
qonaqlar    3    0
cəmi:     9    0

Tural Qurbanov - 2 oyun

meydan sahibi  4    1
qonaqlar    7    0
cəmi:    11    1

İnqilab Məmmədov -  2 oyun

meydan sahibi  3   0
qonaqlar    6    0
cəmi:    9    0

Rəşad Əhmədov - 2 oyun

meydan sahibi    3    0
qonaqlar    6    0
cəmi:    9    0

Kamal Umudlu  -  2 oyun

meydan sahibi    3    0
qonaqlar    4    0
cəmi:    7    0

Əliyar Ağayev - 2 oyun

meydan sahibi    1    1 
qonaqlar    5    0
cəmi:    6    1

Elçin Məsiyev - 2 oyun

meydan sahibi    2    0
qonaqlar    4    0
cəmi:    6    0

Rəvan Həmzəzadə  - 2 oyun

meydan sahibi    2    0
qonaqlar    2    0
cəmi:    4    0

Cavid Cəlilov - 2 oyun

meydan sahibi     0    0
qonaqlar    4    0
cəmi:    4    0

Rauf Cabarov  -  2 oyun

meydan sahibi    2    0
qonaqlar    2    0
cəmi    4    0

Əli Əliyev  - 1 oyun

meydan sahibi  1    0
qonaqlar    3    0
cəmi:   4    0

Kamranbəy Rəhimov - 1 oyun
meydan sahibi  1    0
qonaqlar    2    0
cəmi:    3    0

Mirağa

Seçilən
24
fanat.az

1Mənbələr