AZ

AzMİU-da “Bilik Günü”: Yeni tədris ilinə böyük ümidlərlə start verildi (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yenitədris ilinin başlanması münasibətilə təntənəli “Bilik Günü”mərasimi keçirilib. Tədbirdə universitet rəhbərliyi,professor-müəllim heyəti, tələbələr və valideynlər iştirakediblər.

Mərasim müasir, müstəqli dövlətimizin qurucusu ulu öndər HeydərƏliyevin və Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsininbir dəqiqəlik sükutla yad olunması və Dövlət Himnininsəsləndirilməsi ilə başlayıb. Bunun ardınca universitetin rektoruprofessor Gülçöhrə Məmmədova çıxış edərək yeni tələbələri vəonların valideynlərini təbrik edib.

Rektor bildirib ki, bu il ayrılmış 2 600 plan yerindən 2 554-ütutulub və qəbul 98,2% yerinə yetirilib. Ən yüksək nəticəni isə648,6 balla Memarlıq ixtisasına qəbul olunan tələbə – Nuranəİbrahimova göstərib. Bu il magistratura pilləsində isə ən yüksəknəticə 89,5 balla Sənaye və mülki tikinti ixtisaslaşmasına qəbulolunan Çingiz Qəşəmliyə məxsus olub. Bu göstəricilər gənclərinuniversitetə etimadını və AzMİU-nun təhsil sahəsində nüfuzunu birdaha təsdiqləyir.

Professor Gülçöhrə Məmmədova 2025-2026-cı tədris ilininuniversitet üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bu ilAzMİU-nun 50 illik yubileyi, eyni zamanda Azərbaycanda memarlıq vəinşaat təhsilinin 105 illiyi qeyd olunacaq. Rektor bildirib ki, buyubileylər universitetin keçdiyi inkişaf yoluna nəzər salmaqlayanaşı, gələcək nəsillərin qarşısında böyük məsuliyyətlər vəhədəflər formalaşdırır.

Universitetin tarixinə toxunan rektor xatırladıb ki, aliməktəbin əsası 1975-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü iləqoyulub və həmin vaxtdan etibarən AzMİU mühüm inkişaf yolu keçib.Son illərdə isə Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısınəticəsində universitetdə müasir laboratoriyalar və elmi mərkəzləristifadəyə verilib, maddi-texniki baza əhəmiyyətli dərəcədəgücləndirilib.

Bu gün AzMİU yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidədə öz sözünü deyir. Universitet dünyanın nüfuzlu ali məktəbləri iləəməkdaşlıq edir, ikili diplom proqramları və beynəlxalq layihələrhəyata keçirir. Bütün bunlar tələbələrə həm Azərbaycanda, həm dəxaricdə rəqabətədavamlı mütəxəssis kimi yetişmək imkanı verir.

Mərasimdə çıxış edən AzMİU-nun rektor müşaviri professor MəsudƏfəndiyev və yüksək balla qəbul olunan tələbələr də öztəəssüratlarını bölüşüblər. Tədbirin sonunda isə yüksək ballauniversitetə qəbul olan birinci kurs tələbələrinə hədiyyələr təqdimolunub.

AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
Məqalədə:
Seçilən
8
38
az.trend.az

10Mənbələr