AZ

Bakıda mağazaları talayan şəxs TUTULDU

Paytaxtın Yasamal rayonunda silsilə oğurluqlar qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, naməlum şəxs ayr-ayrı vaxtlarda 3 mağazadan ümumilikdə 2 min 76 manat nağd pul və 2 min 760 manat dəyərində tütün məmulatlarını talayıb.

Bu barədə zərərçəkənlər polis orqanına müraciət ediblər.
 

Yasamal Rayon Polis İdarəsinin 27-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum edilmiş 32 yaşlı S. Zeynalov saxlanılıb.


Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

Seçilən
46
6
bizim.media

10Mənbələr