AZ

Rusiya millisinin üzvü "Barselona"ya keçə bilər

BAKI, 15 sentyabr. TELEQRAF

İspaniya "Barselona"sı Rusiyanın "Lokomotiv" klubunun futbolçusu Aleksey Batrakovla maraqlanır.

Teleqraf "Metaratings"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin skautları 20 yaşlı yarımmüdafiəçinin potensialını yüksək qiymətləndirir.

Rusiyalı oyunçunun "Lokomotiv"lə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalının məlumatına görə, Batrakovun bazar dəyəri 12 milyon avrodur.

Qeyd edək ki, Aleksey Batrakov cari mövsüm ərzində 11 oyunda iştirak edib, 10 qol vurub və 2 məhsuldar ötürmə edib.

Seçilən
28
teleqraf.com

1Mənbələr