AZ

Kredit borcunu gecikdirənlərin NƏZƏRİNƏ: Əgər həmin gün ödəniş etməsəniz…

Kreditlərin qaytarılmasında gecikmənin hansı tarixdən hesablanması məsələsi bir çox borcalan üçün maraq doğurur. Maraqlıdır, gecikmənin başlanma tarixi müqavilədə ayrıca göstərilir, yoxsa ödəniş günü bitəndən sonra avtomatik hesablanır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, gecikmə ödəniş günü başa çatdıqdan sonra avtomatik hesablanır.

“Kəşbək

Onun sözlərinə görə, bu, əsasən iki formada tətbiq olunur:

“Müqaviləyə ödəniş cədvəli qoşulur və orada hər ay ödənilməli olan məbləğ və tarix göstərilir. Əgər həmin gün ödəniş həyata keçirilməzsə, növbəti gündən gecikmə hesablanır. Bəzi hallarda isə müqavilədə ayrıca qeyd olunur ki, hər ayın müəyyən günündə ödəniş edilməlidir”.

Ekspertin sözlərinə görə, bu qayda kredit kartlarına da aiddir. Kredit kartlarında ödəniş cədvəli olmur: yalnız faizlərin hər ay müəyyən tarixədək ödənilməsi tələb edilir, əsas borc isə istənilən vaxt qaytarıla bilər.

“Əgər 2 gün gecikmə olarsa, bu, artıq kredit tarixçəsində görünür. Lakin bu, gələcəkdə kredit almaq imkanlarına ciddi mənfi təsir göstərmir. Çünki qısa müddətli gecikmələr daha çox texniki xarakter daşıyır. Amma hər bir halda bu, gecikmə sayılır”, – deyə Ə.Həsənov vurğulayıb.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
25
1
konkret.az

2Mənbələr