AZ

Çin-Rusiya-İran rəqabəti - "Bir kəmər, bir yol" layihəsində böyük qarşıdurma

Avropanın geosiyasi və strateji məsələlər üzrə ixtisaslaşmış analitik mərkəzi olan “Special Eurasia” Çinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində yaranan böyük rəqabət barədə təhlil yazısı dərc edib.

Publika.az xəbər verir ki, təhlilə görə, Pekinin Əfqanıstandan Mərkəzi Asiyaya uzanan ticarət yollarını gücləndirmək strategiyası Rusiya və İranın iştirakı ilə böyük rəqabətə çevrilib.

Bildirilir ki, Çinin iqtisadi ekspansiyaları Rusiya və İranın alternativ dəhliz layihələri ilə tarazlaşdırılaraq kəskin rəqabətli region yaradır. Bu müstəvidə Çin, Əfqanıstan və Pakistan arasında üçtərəfli görüş keçirilib. Tərəflər sərhədlərin idarə olunması, tranzitin asanlaşdırılması, ticarətin artırılması və Əfqanıstanın Çin-Pakistan İqtisadi Dəhlizinə (CPEC) inteqrasiyası barədə razılığa gəliblər.

Təhlildə qeyd olunur ki, Çinin Əfqanıstan siyasəti iqtisadi imkanları və təhlükəsizlik problemlərini birləşdirən bərabərliyə əsaslanır. Pekin qərb sərhədlərini sabitləşdirməyi, separatçı qrupların fəaliyyətini məhdudlaşdırmağı və Ərəb dənizinə etibarlı quru dəhlizləri yaratmağı hədəfləyir.

Əfqanıstanın "Bir kəmər, bir yol" təşəbbüsünə (BRI) daxil edilməsi və CPEC-in genişləndirilməsi həm kommersiya, həm də geosiyasi baxımdan bu məqsədlərin mərkəzindədir. Lakin Talibanın Əl-Qaidə ilə bağlı qruplara qarşı dəqiq mövqe sərgiləməməsi regionda riski artırır.

Eyni zamanda, Rusiya Talibanı tanımaqla Əfqanıstanda öz təsirini saxlamağa çalışır. Rusiya bununla Çinin regionda yeganə dominant gücə çevrilməsinin qarşısını almaq niyyətini açıq şəkildə nümayiş etdirir. İran da həmçinin Əfqanıstanı Çabahar limanı vasitəsilə öz ticarət xətlərinə birləşdirməyi planlaşdırır. Bu, həm Moskva, həm də Tehrana Pekinin Əfqanıstandakı iqtisadi irəliləyişlərinə qarşı çıxmaq üçün alternativ yollar təqdim edir.

Seçilən
61
2
publika.az

3Mənbələr