AZ

Azərbaycanlılar Urmu gölünüə görə Pezeşkiana sual verdilər

Azərbaycanlılar

Urmu gölünün quruması barədə xəbərlərin yayılmasından sonra Güney azərbaycanlı sosial media istifadçiləri İran Prezidenti Məsud Pezeşkiana suallar ünvanlayıblar.

Gunaz.tv

Bu haqda yerli sosial media şəbəkəsində məlumatlar yayılıb.

Azərbaycanllar Məsud Pezeşkianın vədinə əməletməməsi və Urmu gölünün bərpa edilməsi üçün əməli addımların atılmamasının səbəblərini soruşublar.

"Belə görünür ki, Məsud Pezeşkian iki tərəfli qılıncdır, Urmu gölünün bərpa edilməməsi və tamamilə quruması isə Pezeşkian qılıncının kəskin tərəfinin hələlik Azərbaycana yönəldiyinə dəlalət edir",- "Şəhrvəndi Təbriz" kanalında yazılıb.

Bununla yanaşı Məsud Pezeşkianın Azərbaycan dili və mədəniyyəti ilə bağlı verdiyi vədlərin də yerinə yetirlməsi üçün heç bir iş görülmədiyinə diqqət çəkilib.

Mərkəzi əyalətlərdən fərqli olaraq Azərbaycan və başqa qeyri-fars əyalətlərə dövlət büdcəsindən az pay ayrılması kimi ayrı-seçkilik siyasətinin də davam etdiyi qeyd olunub:

"İndi özünüz deyin, Pezeşkian prezidentlik dövründə Azərbaycan üçün nə edib?! Qılıncın kəskin tərəfi düşmənlərə, yoxsa özümüzə çevrilib..?!".

Qeyd edək ki, son məlumatlara görə, Urmu gölü tamamilə quruyub və peyk görüntülərində müşahidə olunmur.

İran Prezidenti Məsud Pezeşkian seçki qabağı təbliğat və təşviqat kampaniyasında seçiləcəyi təqdirdə əsas hədəflərindən birinin Urmu gölünün qısa müddətdə bərpası olduğunu bildirmişdi.

Seçilən
15
1
xalqcebhesi.az

2Mənbələr