AZ

“Artıq ağlamıram” - ilk dərs günündən REPORTAJ+FOTO

15 sentyabr - "Bilik Günü"ndə ölkə üzrə bütün məktəblərdə yeni dərs ili başlayır. Şagirdlər parta arxasına dönür, birincilər isə ilk dəfə məktəb həyatı ilə tanış olurlar.

Onların üzündə həm sevincli təbəssüm, həm də ilk dəfə məktəbə qədəm qoymağın həyəcanı görünürdü. Valideynlər övladlarına  qürurla gülümsəyir, bəziləri isə kövrək baxışlarını gizlətməyə çalışırdı.

AzEdu.az “Bilik Günü” münasibətilə151 saylı tam orta məktəbə yollanıb.

Elm və təhsil nazirinin müavini Həsən Həsənli və məktəb rəhbərliyi çıxış edib. Nazir müavini bütün şagirdlərə yeni tədris ili münasibətilə uğurlar arzulayıb.

167813

Direktor əvəzedicisi Salehə Məmmədova bildirib ki, təmirdən sonra istifadəyə yeni verilmiş məktəbdə bu il 598 şagird təhsil alacaq. Birinci sinifə Azərbaycan bölməsi üzrə 21, rus bölməsi üzrə 22 şagird qəbulu aparılıb.

167799

Həmçinin 53 nəfər 9-cu sinif, 44 nəfər isə 11-ci sinifdə təhsil alacaq.

Gələk, günün emosiya dolu hissələrinə...

Birinci sinif şagirdlərindən kimisi anası üçün darıxdığından ağlayır, kimisi artıq dərs başlamadan özünə dost tapıb sırada söhbət edirdi.

167778

Müəllimlər də ilk dərs gününün həyəcanını gizlətmirdilər. Şagirdlərinə şəfqətlə yanaşır, onların məktəb həyatına addım atmasını özləri üçün də böyük məsuliyyət kimi qəbul edirdilər.

167784

Bu gün məktəbin həyətində səslənən ilk zəng, sadəcə bir dərs gününün başlanğıcı deyildi. O zəng birincilər üçün yeni həyatın, yeni dostluqların və böyük arzuların başlanğıcı oldu. 

167779

Sinif otaqları onlar üçün heç də yad deyildi. Parta arxasına əyləşən kimi bir-biriləri üçün nə qədər darıxdıqları bəlli olurdu. 

167782

Hətta bir müddət öncə sırada hönkürtü ilə ağlayan ..... indi parta arxasında kameramıza gülümsəyirdi...

167825

AzEdu.az Təhsil Portalı olaraq birincilərin timsalında bütün şagirdlərə yeni tədris ilində uğur və müvəffəqiyyət arzu edirik.

Seçilən
22
azedu.az

1Mənbələr