AZ

Qazaxıstanda 15 min il əvvəl aid olan mamont sümüyü tapılıb

ain.az, Azertag saytına istinadən bildirir.

Astana, 15 sentyabr, AZƏRTAC

Şimali Qazaxıstan vilayətində bir kənd sakini balıq tutarkən təxminən 15 min il əvvəl yaşamış heyvanın sümüyünü tapıb.

AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, Beskol kənd sakini Aset Şaykin Bayterek kəndi yaxınlığında balıq tutarkən yerdən bir sümük çıxdığını görüb.

Şimali Qazaxıstan Universitetinin professoru Anatoli Pleşakovun sözlərinə görə, tapıntı çox böyük mamontun baldır sümüyüdür və onun digər sümükləri də eyni yerdə ola bilər.

O əlavə edib: “Mamont sümüklərinə bizim ərazimizdə çox nadir hallarda rast gəlinir. Belə nəhəng sümüklər isə hər yerdə unikal bir tapıntıdır”.

Tapılan sümüyün rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilməsi planlaşdırılır.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
azertag.az

1Mənbələr