AZ

Paşinyan: Ermənistanın ümumi təhsil sistemi uçurumdadır

“Ermənistanda peşəkar kadrlarla bağlı ciddi problemimiz var – hər yerdə və hər sahədə. Bunu təsbit etmək üçün minlərlə insandan sorğu aparmağa ehtiyac yoxdur, sadəcə faktı qəbul etmək kifayətdir: bizim ümumi təhsil sistemimiz, əslində, uçurumdadır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan 15 sentyabrda keçirilən “Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025” beynəlxalq konfransında deyib.

"Ermənistanda keyfiyyətli təhsil verə biləcək məktəblərin sayı barmaqla sayılacaq qədərdir”, – deyə Paşinyan qeyd edib.

Musavat.com

Seçilən
6
1
musavat.com

2Mənbələr