Bakı. Trend:
Paytaxtın Yasamal rayonunda silsilə oğurluqlar qeydə alınıb.
Trendxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, naməlum şəxs ayr-ayrı vaxtlarda 3 mağazdanümumilikdə 2076 manat nağd pul və 2760 manat dəyərində tütünməmulatlarını talayıb. Bu barədə zərərçəkənlər polis orqanınamüraciət ediblər.
Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinin əməkdaşları tərəfindənkeçirilən tədbirlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən,əvvəllər də oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkumedilmiş 32 yaşlı S.Zeynalov saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.