AZ

Rezidentlərin maaşı həkimlərin maaşı ilə eyni olmalıdır - Deputat

Azərbaycanda rezident həkimlərin maaşlarının ixtisaslı həkimlərin maaşı ilə eyni olması 2011-ci ildən təsdiqlənsə də, bu qərarın tətbiqinə dair qeyri-müəyyənlik qalır. Bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri, deputat Əhliman Əmiraslanov deyib.

“2011-ci ildən rezidentlərin maaşlarının həkim maaşlarına bərabər olması təsdiqlənib. Amma bu qərara əməl olunub-olunmadığını bilmirəm,” –  deputat bildirib. O, bildirib ki, bu məsələni vacib hesab edir və qeyd edir ki, bu, mövcud əsasnaməyə uyğun şəkildə tənzimlənməlidir.

Əmiraslanov Türkiyədə tətbiq olunan təcrübəyə istinad edərək bildirib ki, orada “uzman” həkimlərin maaşı ilk fəaliyyətə başlayan həkimlərin maaşı ilə eynidir. “Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi bu məsələni birgə müzakirə edə bilər,” –  o vurğulayıb.

Deputat əlavə edib ki, hazırda “Rezidentura haqqında” yeni əsasnamənin hazırlanması prosesi gedir. Onun sözlərinə görə, mövcud sistemdə maaş bərabərliyi təmin olunmayıbsa, bu, əsasnaməyə ziddir və dəyişiklik tələb edir.

Gülnar Nazimqızı

Seçilən
17
anews.az

1Mənbələr