AZ

Rəşad Mahmudov: Rezident həkimlərin sosial qayğıya ehtiyacı var

BAKI, 15 sentyabr. TELEQRAF

Rezident həkimlərin sosial durumu və əməkhaqqı ilə bağlı məsələlərin həllinə ehtiyac var.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə üzvü Rəşad Mahmudov deyib.

O qeyd edib ki, xəstəxanlarda növbələr və regionlarda tibbi yardım məsələsinə hələ də problemlər var: “Rezidenturada oxuyan həkimlərin sosial qayğıya ehtiyacı var. Bu bir çox hallarda beyin axınına səbəb olur. İcbarı tibbi sığorta hesabına əldə edilən gəlirlərin bir neçə faizinin rezidentlərə ödənilməsi büdcə üçün yük yaratmamış olar”.

Əhliman Əmiraslanov isə bildirib ki, rezidentlərin maaşının, həkim maaşı səviyyəsində olması təqdir edilir: “Dünyanın başqa ölkələrində bu təcrübə mövcuddur. İlk növbədə səhiyə və təhsil nazirliyi ilə biz bu məsələni həll etməliyik. Həmçinin parlamentin müvafiq komitələri ilə bu istiqamətdə iş aparılmalıdır. Mən səhiyyə naziri ilə də danışmışan. O da dedi ki, rezidentura haqqında yeni qanun hazırlanır”.

Seçilən
37
teleqraf.com

1Mənbələr