AZ

Azərbaycanlı kaskadyor "Game of Thrones"un aktyoru ilə görüşdü - FOTO

Beynəlxalq "Nomad Stunts" peşəkar kaskadyorlar komandasının üzvü Sain Fərhad kanadalı -ingilis aktyor Ross Mullanla görüşüb.

Ölkə.Az xəbər verir ki, bu barədə azərbaycanlı kaskadyor sosial şəbəkələrdə paylaşım edib.

“Sizi görmək və sizinlə danışmaq həqiqətən çox gözəl idi. Çox mehribansınız. Yenidən görüşəcəyimizə ümid edirəm. Bəlkə birlikdə işləyərik”, - deyə o yazıb.

Qeyd edək ki, R.Mullan “Game of Thrones”un (“Taxt-tac oyunları”) 2, 3 və 4-cü sezonlarında “Vayt Volker, “Dr. Who” serialında isə  “The Silence” obrazını canlandırıb.

Billurə

Seçilən
43
1
olke.az

2Mənbələr