AZ

Almaniya əfqanların genişmiqyaslı deportasiyası ilə bağlı danışıqlar aparır

Almaniya hökumətinin nümayəndələri Taliban ilə əfqanların kütləvi deportasiyası mexanizminin yaradılması ilə bağlı danışıqlar aparır, Bild yazır.

Nəşrin məlumatına görə, Almaniya və Əfqanıstan nümayəndə heyətlərinin görüşü sentyabrın əvvəlində Qətərdə baş tutub. Tərəflər müntəzəm deportasiyaların təşkilini, o cümlədən təkcə çarter uçuşları deyil, həm də müntəzəm uçuşları müzakirə ediblər. Danışıqların Qətərin vasitəçiliyi ilə Kabildə davam etdirilməsi gözlənilir.

Almaniya hökumətinin məlumatına görə, ölkədə 461 minə yaxın Əfqanıstandan olan insan yaşayır, onlardan 350 mini qaçqın statusu almaq istəyir.

Əziz MUSTAFA

Seçilən
36
1
oxumeni.az

2Mənbələr