AZ

NYT: Rusiya pilotsuz təyyarələr imperiyası yaradıb və zərbə gücünü əhəmiyyətli dərəcədə artırıb

Rusiya son illərdə öz dron sənayesinin inkişafında sürətli sıçrayış edib və onların ən böyük istehsalçısına çevrilib.

Herbiand.az bildirir ki, bu barədə “The New York Times” yazıb.

Əgər üç il əvvəl Rusiya dronlardan məqsədyönlü şəkildə istifadə edirdisə, bu gün bir gecədə sərhəddən yüzlərlə cihaz və yalançı hədəflər buraxmaq iqtidarındadır. Məqalədə qeyd edilib ki, bu cür artım iki böyük müəssisənin açılması, eləcə də regionların, sənaye komplekslərinin və hətta təhsil müəssisələrinin istehsalata cəlb olunması ilə mümkün olub.

Nəşrin məlumatına görə, 2025-ci ildə Ukraynaya 34 mindən çox zərbə PUA və yalançı hədəflər göndərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 9 dəfə çoxdur. Nəticədə, Ukrayna münaqişənin əvvəlində malik olduğu pilotsuz uçuş aparatları sahəsində üstünlüyünü tamamilə itirdi.

Mütəxəssislərin fikrincə, Rusiyanın hazırkı imkanları ona ildə 30 minə qədər zərbə aparatları yığmağa imkan verir. 2026-cı ilə qədər isə bu rəqəm iki dəfə arta bilər.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
38
herbiand.az

1Mənbələr